Accessibility links

Əfqanıstanda sülh şurasının üzvü öldürülüb


Əfqanıstan rəsmiləri xəbər verirlər ki, silahlı şəxs Əfqan Sülh Şurasının yüksək rütbəli üzvünü güllə ilə vuraraq qətlə yetirib.

Şəxsiyyəti müəyyən edilməmiş silahlı adam Arsala Rəhmaniyə bazar günü səhər Kabildə işə gedərkən atəş açıb.

Rəhmani prezident Həmid Karzay tərəfindən sülh danışıqlarına nəzarət etmək üçün təyin edilmiş sabiq Taliban rəsmisi idi. Taliban hakimiyyəti dönəmində Rəhmani təhsil nazirinin müavini vəzifəsində çalışmışdı.

Taliban qətl aktına görə məsuliyyəti öz üzərinə götürməyib.

Ötən sentyabr ayında sülh şurasının rəhbəri, Əfqanıstanın sabiq prezidenti Bürhanəddin Rəbbani intiharçı tərəfindən qətlə yetirilmişdi.

XS
SM
MD
LG