Accessibility links

Ötən il Əfqanıstanda 30 min insan həlak olub


Əfqanıstan rəsmilərinin son göstəricilərinə görə, ölkədə ötən il döyüşlər nəticəsində 30 mindən çox insan həlak olub və o qədər də insan yaralanıb. Ölən və yaralananların əksəriyyətini yaraqlılar təşkil edir.

Daxili İşlər və Müdafiə Nazirliyinin açıqlamasına görə, Əfqanıstan polisi və hərbi qüvvələri tərəfindən ölkə boyu həyata keçirilən əməliyyatlar nəticəsində 18500-dən çox yaraqlı məhv edilib. Həmin vaxt kəsiyində 12 mindən çox yaraqlı isə yaralanıb.

Müdafiə nazirinin müavini Məhəmməd Radmaneş Amerikanın Səsinə açıqlamasında bildirib ki, bundan əlavə rəsmilər yüzlərlə yaraqlını da sağ ələ keçirməyə müvəffəq olub.

Müdafiə nazirinin müavini Məhəmməd Radmaneş Amerikanın Səsinə açıqlamasında bildirib ki, bundan əlavə rəsmilər yüzlərlə yaraqlını da sağ ələ keçirməyə müvəffəq olub.

O, döyüşlər zamanı Əfqanlstan Milli Təhlükəsizlik və Müdafiə Qüvvələrinin əsgərlərinin ölüm hallarını müzakirə etmək istəməsə də, bu ilə rəqəmin ötən illə müqayisədə 10 faiz çox olduğunu bildirib.

ABŞ Ordusunun məlumatına görə, ötən əfqan qüvvələri sıralarında ölən və yaralananların birgə sayı 20 minə yaxın olub. Burada 5000 ölüm halı da daxildir.

ABŞ təşkilat SIGAR oktyabr ayında açıqlamışdı ki, 2016-ci ilin ilk 8 ayında 5500-dən çox əfqan əsgər həlak olub. Göstəricilərdə yaralıların sayı 10 min olaraq qeyd olunub.

XS
SM
MD
LG