Accessibility links

Taliban yaraqlıları Kabil aeroportuna hücum edib


Əfqanıstan rəsmilərinin bildridiyinə görə, Kabil aeroportuna hücum edən yeddi nəfərdən ibarət yaraqlı qrupun üzvləri təhlükəsizlik qüvvələri tərəfndən qətlə yetirilib.

Yaraqlıların bu gün səhər tezdən əvvəlcə hava limanındakı hərbi bazaya silah və qumbaralarla hücum etdiyi, bundan sonra isə orada tikinti işləri aparılan yerinə keçərək, koalisiya qüvvələrinin bazasını atəşə tutduğu bidirilir. Bir neçə saat davam edən atışmadan sonra yeddi yaraqlının öldürüldüyü deyilir.

Mülki vətəndaşlar arasında xəsarət alanlar barədə məlumat verilməyib.

Hücuma görə məsuliyyəti Taliban öz üzərinə götürüb.
XS
SM
MD
LG