Accessibility links

Əfqanıstanda hökumət binasına bomba hücumu olub


Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, bu gün ölkənin cənub bölgəsində intiharçı hücumu həyata keçirilib. Rəsmilər intiharçının partlayıcı maddə yerləşdirilmiş avtomobili Zabul vilayətindəki hökumət binası qarşısında partlatdığını, nəticədə azı 5 nəfər öldüyünü, 60-dan çox insanın yaralandığını bildirib.

Polis Kalat şəhərinin vilayət şurasını hədəf alan bomba hücumu zamanı yaralananlar arasında bir neçə şura işçisinin, eləcə də qadın və uşaqların da olduğunu deyib. Əfqanıstan mediası səhiyyə rəsmilərinə istinadən bildirib ki, yaralananlardan bəzilərinin vəziyyəti ağırdır.

BMT Əfqanıstandakı vəziyyətlə bağlı narahatlığını bildirərək, 2014-cü illə müqayisədə bu il mülki vətəndaşlar arasında ölüm hallarının artdığını bildirib.

Son bir neçə həftədir Taliban ölkədəki hökumət binalarına və təhlükəsizlik qüvvələrinə qarşı hücumlarını intensivləşdirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Qadın hüquqları fəalı azyaşlının zorlanmasına etiraz edib
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG