Accessibility links

Taliban Britaniya hərbi bazasına hücum zamanı şahzadə Herrini hədəf alıb


Helmənd vilayətində keçirilmiş hücum ABŞ-ın iki dəniz piyadasının ölümülə nəticələnib

Əfqanıstanda Taliban Britaniya hərbi bazasına ABŞ-ın iki dəniz piyadasının ölümülə nəticələnmiş hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Yaraqlı qrupun sözçüsü hücumun Birləşmiş Ştatlarda istehsal edilmiş Məhəmməd Peyğəmbərin təhqir edildiyi filmə cavab olduğunu deyib və eyni zamanda hücumun səbəbini Britaniya şahzadəsi Herrinin həmin bazada xidmət etməsilə izah edib.

NATO-nun verdiyi məlumata görə, yaraqlılar cümə günü axşam Helmənd vilayətində yerləşnə Bastion hərbi bazasına daxil ola bilmiş, kiçik silahlar, raketlər və intiaharçılardan istifadə edərək, bazaya hücum təşkil etmişlər.

Koalisiya qüvvələri hücum nəticəsində 18 yaraqlının qətlə yetirildiyini, bir yaraqlının isə yaralandığını və ələ keçirildiyini bildirib. Beynəlxalq koalisiya qüvvələrinin bir neçə əsgəri yaralanıb.

Koalisiya rəsmiləri Britaniya şahzadəsi Herrinin həyatına heç bir təhlükə yaranmadığını bildirib. Hərbi xidmətdə Herri Ueyls kimi tanınan Britaniya şahzadəsi Əfqanıstanda vertolyotun pilotu kimi dörd ay müddətinə hərbi xidmətə başlayıb. Taliban şahzadə Herrini öldürməyə söz verib.

NATO habelə ayrı bir hücum zamanı əfqan polisinin Əfqanıstanın cənubunda koalisiya qüvvələrinin iki əsgərini öldürdüyünü bildirib. Əfqan əsgərlərinin koalisiya qüvvələri əleyhinə hücumlarıın artdığı qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG