Accessibility links

Berqdalın müdafiəsi ittihamların aradan qaldırılmasına çağırır


2009-cu ildə Əfqanıstanda hərbi xidmət göstərərəkən postunu tərk etməklə yoldaşlarını təhlükə qarşısında qoyduğunu etiraf edən ABŞ ordusunun çavuşu Boui Berqdalın vəkilləri prezident Donald Trampın yeni şərhlərinə əsaslanaraq, hakimin ittihamları rədd etmə qərarını gözləyir.

Prezidentliyə namizədliyi dövründə Tramp Berqdalın edam edilməyə layiq olan xain adlandırmışdı.

Berqdal bazar ertəsi Şimali Karolina ştatında Fort Braqq hərbi bazasında məhkəmə qarşısına çıxardılmış, arqumentləri dinləmişdir. Bu arqumentlər arasında Trampın açıqlamalarının Berqdalın məhkəməsində ədalətli qərarın verilməsinə maneə törədildiyi də bildirilib.

Ötən həftə Berqdal hərbi məhkəmədə fərarilik və düşmən qarşısında səhv davranış ittihamları ilə üzləşib və günahkar olduğunu etiraf edib.

O bu ittihamlar əsasında ömürlük həbs cəzasına məhkum edilə bilər.

Hakimin hərbi məhkəmə fasilədən qayıtdıqdan sonra çərşənbə günü qərar verəcəyi gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG