Accessibility links

Əfqanıstanın qaçqın düşərgələrində insanlar soyuqdan ölür


İnsan haqları təşkilatı Amnesty International-ın bildridiyinə görə, Əfqanıstandakı qaçqın düşərgələrində soyuqdan 17 nəfər ölüb. Təşkilat lazımi tədbirlər görülmədiyi üçün keçən il də düşərgələrdə 100 nəfərin öldüyünü deyərək, bunun bir daha təkrar olunmaması barədə xəbərdarlıq edib.

Amnesty International uşaqlar da daxil edilməklə, yanvar ayından bəri 17 nəfərin öldüyü barədə xəbəri bu gün açıqlayıb. Təşkilatın sözçüsü ölüm hadisələrini faciə adlandıraraq, bunların ölkə boyu yüz minlərlə qaçqına qış mövsümü üçün hazırlıqların düzgün koordinasiya edilmədyini deyib.

Amnesty International donorları və Əfqanıstan hökumətini qaçqınlara kifayət qədər yardım çatdırılmasına çağırıb.
XS
SM
MD
LG