Accessibility links

BMT: Əfqanıstanda uşaqlar arasında ölüm halları artıb


BMT-nin açıqladığı son hesabatında deyilir ki, bir il əvvəllə müqayisədə 2016-cı ildə Əfqanıstanda münaqişə zəminində uşaqlar arasında ölüm halları 24 faiz, mülki əhali arasında isə ümumilikdə 3 faiz artıb.

Bu gün BMT-nın Əfqanıstana Yardım Missiyasının Kabildə açıqladığı illik hesabatda ölkədəki zorakılıqlar nəticəsində 3500-ü ölüm olmaqla, 11 400 nəfər mülki vətəndaşın xəsarət aldığı deylib.

Hesabatda ölən və yaralananların 61 faizinin əsasən Taliban olmaqla, hökumətə qarşı olan qüvvələr tərəfindən həyata keçirildiyi qeyd edilib.

Yardım Missiyasının hesabatında eləcə də, 2015-ci illə müqayisədə münaqişə zəminində uşaqlar arasında ölüm halı 24 faiz artmaqla, 3 512 nəfər təşkil edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG