Accessibility links

Əfqanıstanda avtobus partlayışında 35 nəfər ölüb


Təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, Əfqanıstanın qərbi Herat və Qəndəhar əyalətləri arasındakı magistral yolda yol kənarına yerləşdirilmiş bombanın partladılması nəticəsində ən azı 35 nəfər ölüb, 17 nəfər yaralanıb.

Əyalət rəsmisi bombanın əsasən qadın və uşaqların olduğu avtobusu partlatdığını bildirib. Yaralılar Herat Regional Xəstəxanasına çatdırılıb.

Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb. Lakin Birləşmiş Ştatlar rəsmiləri ilə sülh danışıqlarının yenidən başlanması planlaşdırıldığı halda bölgədə fəaliyyət göstərən Taliban üsyançıları hökumət məmurlarını və təhlükəsizlik qüvvələrini hədəf almaqda, yol kənarına bomba yerləşdirməkdə davam edir.

Taliban tərəfindən təhlükəsizlik zəmanəti müqabilində tərəflər xarici qüvvələrin çıxarılması üçün plan qurmağa ümid edirlər.

Təxminən 18 ildir Birləşmiş Ştatların Əfqanıstana işğalından bəri mülki əhali böyük itkilər verib.

BMT-nın çərşənbə axşamı açıqladığı yeni hesabatında keçən illə müqayisədə bu ilin birinci yarısında Əfqanıstanda ölüm halları 27 faiz azalsa da, 1366 nəfərin öldürülüb, 2446 nəfər isə yaralanıb.

XS
SM
MD
LG