Accessibility links

Əfqanıstanda intiharçı hücumu


Əfqanıstanın Nanqarhar vilayətinin paytaxtı Cəlalabadda intihar hücumu 8 nəfərin ölümünə, 16 nəfərin yaralanmasına səbəb olub. Hücum sabiq polis komandirinin evi yaxınlığında baş verib.

Vilayət hökumətinin rəsmisi Attaullah Xoqyani deyib ki, həlak olanlar komandirin vəzifəsinə qayıtmasını istəyən tərəfdarları olub.

Hücumun məsuliyyətini üzərinə alan olmayıb.

Hücum İslam Dövləti yaraqlılarının Açin vilayətində 15 yaraqlısının başını kəsdiyi bir vaxt həyata keçirilib.

Attaullah Xoqyaninin dediyinə görə, onlar ucqar Momand Dara bölgəsində qətlə yetirilib.

Əfqanıstan mediası yaraqlıların qrupu təkr etmək cəhdinə görə öldürüldüyünü bildirib.

Açin İŞİD yaraqlılarının istehkamına çevrilib. Bu bölgə Əfqanıstanın təhlükəsizlik qüvvələri tərəfindən tez-tez hücumlara məruz qalır.

Terrorçu qrup hadisəyə ilə bağlı şərh verməyib.

Bu arada, Gürcüstanın Müdafiə Nazirliyi Bəqram hava bazası yaxınlığında intiharçı hücumu nəticəsində 3 gürcü əsgərin yaralandığını bildirib.

Hazırda əsgərlərə tibbi yardım göstərilir.

Gürcüstan qeyri-NATO tərkibində Əfqanıstanda 885 nəfərlik hərbi qüvvəyə malikdir.

2001-ci ildən bəri Gürcüstanın 32 əsgəri Əfqanıstanda həlak olub, 280-dən çox hərbi personalı xəsarət alıb.

XS
SM
MD
LG