Əfqanıstan mətbuatının verdiyi məlumata görə, İran son üç həftədir sərhəddə saxladıqdan sonra yanacaq tankerlərinin Əfqanıstana keçməsinə icazə verib. Xəbərlərdə deyilir ki, İranın vitse-prezidenti Məhəmməd Reza Rəhimi ölkədə səfərdə olan əfqan həmkarı Qasim Fahimlə danışıqlar zamanı sərhəddə yanacaq təchizatının bərpasına söz verib. Əfqanıstanın vitse-prezidenti bunu xahiş etdiyini deyib. İran Əfqanıstanda yaralıqlara qarşı mübarizə aparan ABŞ-ın başçılığı altında NATO qüvvələrinin istifadə edəcəyindən qorxaraq, bu ay İran-Əfqanıstan sərhəddə 2000 yanacaq tankerini saxlamışdı. Rəsmi Kabil bildirib ki, yanacaq yalnız qış aylarında evlərini qızrdırmaq üçün İrandan təchizata ehtiyacı olan mülki əhali üçün nəzərdə tutulub.