Accessibility links

Kabil Universitetinin tələbəsi diplomunu almaqda qərarlı olduğunu deyir


Kabil Universitetinin tələbəsi diplomunu almaqda qərarlı olduğunu deyir
please wait

No media source currently available

0:00 0:02:19 0:00

Kabil Universitetinin tələbəsi diplomunu almaqda qərarlı olduğunu deyir

2021-ci ildə Taliban hakimiyyəti ələ keçirəndə Samirə Qauhari Kabil Universitetinin hüquq fakültəsində təhsil alırdı. Talibanın qanunlarına görə o, artıq universitetə gedə bilməsə də, diplomunu almaqda qərarlı olduğunu deyir.

Kabil Universitetinin hüquq fakültəsinin dördüncü kurs tələbəsi, 22 yaşlı Samirə Qauhari Taliban hökumətinin növbəti bildirişə qədər qız tələbələrin Əfqanıstandakı universitetlərdə təhsilini dayandırmasını əmr etdiyi barədə xəbəri keçən ay buraxılış imtahanlarını verərkən eşidib. "Xəbəri eşidəndə həqiqətən şok oldum. Mən buna inana bilmədim. Bunu səhəri gün imtahan vermək üçün universitetə gedənə qədər qəbul edə bilmədim. Amma qapılar üzümüzə bağlı idi."

Bu, çox pis xəbər idi. "O günü heç vaxt unutmayacağam. Çox ağladıq və çox məyus olduq" - deyə, Samirə Qauhari bildirir.

Qadın hüquqlarını müdafiə etmək üçün vəkil olmaq istəyən Qauhari Taliban dövründə Əfqanıstanda qadınların heç bir hüququnun olmadığını deyir. "Təəssüf ki, biz Əfqanıstanda fundamental hüquqlarımızı – təhsil, iş hüquqlarımızı və fərdi azadlığımızı itirdik".

Qadınların universitetlərdə təhsil almasını qadağan edəndən bir neçə gün sonra Taliban ölkədə fəaliyyət göstərən yerli və xarici qeyri-hökumət təşkilatlarına qadınları işə götürməyi qadağan etdi.

2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirən Taliban təhsil, iş, yaxın kişi qohumu olmadan uzaq məsafələrə səyahət, park və idman zallarına getməyə qadağalar daxil olmaqla, qadınlara qarşı getdikcə daha çox repressiv tədbirlər həyata keçirir.

Bütün bu məhdudiyyətlərə görə Qauhari evdə qalmalı olsa da, təhsilini davam etdirməkdə qərarlıdır. "Bəzi tanınmış institutların təklif etdiyi onlayn kursları götürürəm. Bundan əlavə, maraqlandığım və məqsədlərimə çatmaqda mənə yardım edə biləcək kitabları oxuyuram".

O hələ də ümid edir ki, bir gün hüquq fakültəsini bitirib Əfqanıstanda vəkil işləyəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. "Hizbullah" lideri: Müharibə başlasa, İsraildə "təhlükəsiz yer olmayacaq"
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG