Accessibility links

Kabildə Xarici İşlər Nazirliyinin qarşısında partlayış baş verib


Əfqanıstanda həkimlər və şahidlərin bildirdiyinə görə, paytaxt Kabildə Xarici İşlər Nazirliyi qarşısında baş verən partlayış zamanı azı 6 nəfər ölüb, 12 nəfər yaralanıb.

İtaliyanın idarə etdiyi beynəlxalq humanitar EMERGENCY təşkilatı da onun yaxınlıqdakı cərrahiyyə mərkəzlərindən birinin yaralıları qəbul etdiyini təsdiqləyib və yaralananların arasında bir uşağın da olduğunu bildirib.

Şahidlər Amerikanın Səsinə bildiriblər ki, partlayış nazirliyin əməkdaşlarının ofislərini tərk edərkən təhlükəsizlik keçid məntəqəsində baş verib.

Ölənlərin sayının daha çox olduğu barədə məlumatlar verilib, lakin Taliban rəsmiləri hadisə ilə bağlı hər hansı şərh verməyib və partlayışın mahiyyəti məlum deyil.

Keçən həftə Ramazan ayının başlamasından bəri Əfqanıstanda həyata keçirilən ilk hücumun məsuliyyətini heç bir qrup öz üzərinə götürməyib.

İŞİD və ya İD-K kimi tanınan silahlı qruplaşma son vaxtlar Əfqanıstanda hücumlarını intensivləşdirib. Zorakılıqlar azlıqda olan şiə icmasının üzvləri, Taliban rəsmiləri və din xadimləri də daxil olmaqla, yüzlərlə insanın ölümünə səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Əvəz Zeynallıya 9 il həbs cəzası verildi
please wait

No media source currently available

0:00 0:13:34 0:00
XS
SM
MD
LG