Accessibility links

Əfqanıstanda matəmdir


Əfqanıstan paytaxtının diplomatik bölgəsində azı 90 nəfərin ölümü, 400 nəfərin yaralanması ilə nəricələnən bomba hücumundan sonra ölkədə matəm elan edilib.

Bomba Kabilin mərkəzindəki Vəzir Əkbar Xan ərazisində, diplomatik missiya və hökümət binalarının yerləşdiyi yerdə partladılıb. Partlayış zamanı onlarla avtomobil və ətrafdakı binaların xəsarət alıb. Əfqan rəsmiləri partlayıcının kanalizasiya borusunda yerləşdirildiyini bildirib.

Qurbanlar arasında Əfqanıstanın təhlükəsizlik qüvvələri və diplomatik idarələrin işçiləri də olmaqla, çoxunun mülki vətəndaş olduğu deyilir.

Hücumun məsuliyyətini üzərinə götürən olmayıb.

Əfqanıstanın Kəşfiyyat Agentliyi (NDS) bəyənatında hücümda baş qərargahı qonşu Pakistanda yerləşən və Talibanla birgə döyüşən Haqqani şəbəkəsini günahlandırıb. Agentlik eləcə də Pakistanın casus İSİ agentliyini hücumun təşkilinə yatdım etməkdə ittiham edib.

Taliban isə çərşənbə günü hücumunda əli olduğunu unkar edib və mülki vətəndaşları hədəf almadığını deyib. Son zamanlar Taliban Əfqanıstanın təhlükəsizlik qüvvələrini hədəf alır.

Əfqanıstan prezidenti Əfşər Qəni hücumu müqəddəs Ramazan ayında günahsız insanlara qarşı “qeyri-insanı və qorxaq hücum” adlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG