Accessibility links

Kabil məscidi yaxınlığında baş verən partlayış azı 4 nəfərin ölümünə səbəb olub


Cümə günü Əfqanıstanın paytaxtı Kabildə məscidin yaxınlığında baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb, 10 nəfər yaralanıb. Xəstəxana qurbanların sayını təsdiqləyib.

Şəhərin diplomatik məhəlləsində baş verən partlayışdan bir neçə dəqiqə sonrasəmaya qara tüstü qalxıb və atışma səsləri eşidilib.

Kabildəki İtaliya Təcili Tibbi Yardım Xəstəxanası 14 yaralının olduğunu və 4 nəfərin gətirildiyi zaman artıq ölmüş olduqlarını bildirib.

Kabil polis rəisinin sözçüsü Xalid Zadran bildirib ki, partlayış cümə namazından sonra məscidi tərk edən ibadətçiləri hədəf alıb.

Taliban Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Nafi Takor partlayışın məscidin yaxınlığındakı əsas yolda baş verdiyini bildirib. O, polis qruplarının hadisə yerində olduğunu və araşdırma aparıldığını bildirib.

Məscidlər əvvəllər də hücumların hədəfi olub.

Partlayış Vəzir Əkbər Xan məscidi yaxınlığında baş verib ki, 2020-ci ildə orada bomba partlayışı nəticəsində iki nəfər, eləcə də məscidin imamı ölüb.

XS
SM
MD
LG