Accessibility links

Əfqanıstanda intiharçı hücumu nəticəsində 4 Fransa əsgəri həlak olub


Fransa prezidenti Fransua Holland Kapisa vilayətində fransız əsgərlərlə görüşür, 25 may 2012
Fransa prezidenti Fransua Holland Kapisa vilayətində fransız əsgərlərlə görüşür, 25 may 2012

Əfqanıstanın şərqində qadın geyimində olan intiharçının hücumu nəticəsində NATO qüvvələrində xidmət edən dörd Fransa əsgəri həlak olub, beş əsgər yaralanıb.

Fransa prezidenti Fransua Hollandın ofisinin verdiyi bəyanatda yaralananlardan üçünün vəziyyətinin ağır olduğu deyilir. Hücumdan sonra Fransa prezidentinin göstərişi ilə Müdafiə naziri Jan İv Le Dianı Əfqanıstana göndərilib.

Əfqanıstan rəsmiləri hücumun əsas etibarilə Fransa əsgərlərinin xidmət etdiyi Kapisa vilayətində baş verdiyini bidlirib.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən Taliban həm Fransa, həm əfqan qüvvələri arasında tələfatın olduğunu bildirib.

Cənab Holland keçən ay Fransa əsgərlərinin bu ilin sonuna qədər, NATO ilə razılaşdırılmış müddətdən iki əvvəl çıxarılacağını elan etmişdi.

XS
SM
MD
LG