Accessibility links

Əfqanıstana əlavə NATO qüvvələri göndərilə bilər


Əfqanıstana əlavə NATO qüvvələri göndərilə bilər
Əfqanıstana əlavə NATO qüvvələri göndərilə bilər

Brüsseldə adının açıqlanmadığı rəsmi alyansın 28 üzvündən hansının Əfqanıstana əlavə qüvvə göndərəcəyi ilə bağlı detalları açıqlamayıb.

NATO rəsmisinin bildirdiyinə görə, ABŞ-ın Əfqanıstanda beynəlxalq qüvvələrinin komandiri general Deyvid Petreasın xahişinə əsasən alyans bu ölkəyə iki min nəfərdən ibarət əlavə hərbi qüvvə göndərə bilər. Plan təqsdiq edilsə, bu qüvvə artıq Əfqanıstanda mövcud 140 000 nəfərdən ibarət beynəlxalq qüvvələrə qoşulacaq. Brüsseldə adının açıqlanmadığı rəsmi alyansın 28 üzvündən hansının Əfqanıstana əlavə qüvvə göndərəcəyi ilə bağlı detalları açıqlamayıb. O, planın müzakirə edildiyini bildirb. Rəsminin sözlərinə görə, bu əlavə qüvvənin yarısından çoxu Əfqanıstanın təhlükəsizlik qüvvələrinə təlim verməklə məşğul olacaq.

XS
SM
MD
LG