Accessibility links

Həbsxanada böyüyən uşaqlar [Video]


Həbsxanada böyüyən uşaqlar
please wait

No media source currently available

0:00 0:02:05 0:00

Bu, balaca Minə adlı qız 11 il əvvəl Əfqanıstan həbsxanasında dünyaya gəlib və bu günədək həbsxana divarlarından kənara çıxmayıb. Əfqanıstanın Cəlalabad şəhərindəki Nangərhar həbsxanasında anası ilə birlikdə yaşayan bu uşaq həbsxanadan kənarda həyatın necə olduğu ilə maraqlanır.

“Mənim atam insanları öldürdüyü üçün anam, qardaşım və əmim həbs edilib. Atam və qardaşım həbsxanada ölüb. Anam isə sağ qalıb. Mən burada doğulub, böyümüşəm” deyə, həbsxanada doğulub, böyüyən Minə bildirir.

Atası, qardaşı, əmisi və anasının 27 nəfərin öldürülməsində günahkar bilinərək, ölüm cəzasına məhkum ediləndə, Minə anasının bətnində idi. Atası və qardaşı edama göndərildi, Lakin hamilə olduğu üçün anası Şirin Güla edam edilmədi.

İndi isə 11 yaşlı Minə divarın o tayında nələr baş verdiyi ilə maraqlanır. “Mənim ən böyük arzum anamla birlikdə buradan çıxmaq və bacı, qardaşlarımı görməkdir.”

Minə həbsxananın təhsil mərkəzindəki məktəbə gedir. O, həbsxanadakı digər uşaqlarla oynayır. Minə burada yalnız qorxulu və kədərli hekayələrə qulaq asdığını deyir.

Amerikanın Səsinə müsahibə verəndə o, dəfələrlə anası ilə birlikdə azad olmaq arzusunda olduğunu və özünün şəxsi istəkləri olduğunu deyib. “Mən buradan anamla çıxmaq və oxuyub həkim olmaq istəyirəm”.

Minə nəyə görə həbsxanada qalmalıdır? Anası onun getməsinə icazə vermir. “Mənı qızımdan ayrımazdan əvvəl prezident Əşrəf Qani məni asmalıdır. Mənim həyatım ondan asılıdır. Mən onsuz bir an belə yaşaya bilmərəm, Onsuz mən özümü asaram” deyə, Minənin anası Şirin Güla bildirir.

Şirin Güla deyir ki, onun qızı buradan çıxarsa, təhlükə ilə üzləşər. O, azadlıqda iki oğlu olduğunu və onların nə onun özü, nə də kiçik bacıları haqda xəbər almadıqlarını deyir.

Beləliklə, Minə cinayət törətməyən anası ilə, qeyri-müəyyən vaxta qədər həbxanada qalmalı olacaq.

XS
SM
MD
LG