Accessibility links

Əfqanıstanın Milli Radiosunun binasına hücum olub


İntiharçılar da daxil edilməklə, bir qrup güclü silahlanmış yaraqlı Əfqanıstanın şərqində dövlət yayım idarəsinə hücum edərək azı iki nəfəri qətlə yetirmiş, 20 nəfərə qədər insanı yaralamışlar.

Rəsmilər və şahidlərin yerli müxbirlərə bildirdiklərinə görə, bu gün Nanqarhar vilayətinin paytaxtı Cəlalabad şəhərindəki Əfqanıstan Milli Radiosuna hücum yaraqlıların içəri daxil olmaları üçün intiharçıların özlərini binanın girəcəyində partlatmaları ilə başlayıb.

Hadisə yerinə tez bir zamanda yetişən Əfqan ordusu binanı mühasirəyə aldıqdan sonra atışma başlayıb və hücumçular öldürülüb.

Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.

Nanqarhar vilayətindəki İslam Dövləti ilə əlaqəsi olan yaraqlı qruplaşmalar hökumət obyektlərinə, eləcə də vilayətdəki terrorçulara qarşı birgə əməliyyatlar keçirən Əfqanıstan və Birləşmiş Ştatlar ordularının bazalarına qarşı vaxtaşırı hücumlar həyata keçirirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG