Accessibility links

Kabildəki NATO konvoyunun yaxınlığında intiharçı hücumu olub


Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, intiharçının paytaxt Kabildəki NATO konvoyunun yaxınlığında partlayıcı maddə yerləşdirilmiş avtomobili partlatması 6 yaşlı qız uşağının ölümünə, 14 nəfərin isə yaralanmasına səbəb olub.

Polis idarəsinin sözçüsü Bəşir Mücahid Amerikanın Səsinə verdiyi şərhdə hücumun Kabili ölkənin şərqindəki Cəlalabad şəhəri ilə birləşdirdiyi əsas yolda, xarici hərbi bazanın yaxınlığında həyata keçirildiyini deyib.

O, qurbanlar arasında mülki vətəndaşların olduğunu, lakin beynəlxalq qoşunlara zərər dəymədiyini bildirib.

Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.

Son aylar Kabil militantların ən ölümcül hücumlarına səhnə olub. Yanvar ayının sonunda Kabilin məşğul ərazisində, hökümət binasının önündə avtomobil partlayışı 100-ə qədər insanın ölümünə, 163 nəfərdən çoxunun xəsarət almasına səbəb olmuşdu.

Bugünkü hücum prezident Əşrəf Qaninin Talibana şərtsiz sülh danışıqları təklif etdiyi yüksək səviyyəli beynəlxalq konfransa ev sahibliyi etməsindən iki gün sonraya təsadüf edib.

XS
SM
MD
LG