Accessibility links

ABŞ hərbi rəsmiləri Rusiyanın Əfqanıstanda Talibanı silahlandırması haqda məlumatı təkzib etmir


Talibanın Əfqanıstanın hərbi bazasına qəddarcasına hücumundan sonra Birləşmiş Ştatların yüksək səviyyəli ordu rəsmiləri Rusiyanın üsyançı qrupu silahlandırması barədə məlumatı təkzib etməyib.

Bazar ertəsi Kabilə səfəri zamanı Birləşmiş Ştatların müdafiə naziri Cim Mattis Cənubi Asiyanın müharibə gedən ölkələri də daxil edilməklə, Rusiyanın bir sıra bölgələrdə strateji rəqiblik etdiyini bəyan edib.

"Biz Rusiya ilə diplomatik əlaqələri davam etdirəcəyik, bunu mümkün olduğu sahələrdə edəcəyik. Lakin biz Rusiyanın beynəlxalq qanunlara, ya da başqa ölkələrin suverenliyinə zidd olan addımlarına qarşı çıxacağıq. Məsələn, buraya silahlar Əfqanıstan hökuməti, ya da əfqan silahlı qüvvələri vasitəsilə deyil, xarici ölkədən gətirilirsə, bu, beynəlxalq qanunun pozulması deməkdir" deyə, Cim Mattis bildirib.

Mattisin Əfqanıstana səfəri 10 nəfərdən ibarət Taliban yaraqlısının Əfqanıstanın hərbi bazasında azı 140 nəfəri öldürməsindən bir neçə gün sonraya təsadüf edir.

Taliban yaraqlıları Bəlx vilayətinin paytaxtı Məzari-Şərifdə Əfqanıstanın milli ordusunun regional qərargahına əfqan əsgərlərinin geyimində daxil olub.

XS
SM
MD
LG