Accessibility links

Kabildəki polis məntəqəsinə hücumun məsuliyyətini Taliban öz üzərinə götürüb


Taliban Əfqanıstan paytaxtındakı polis məntəqəsinə azı 9 nəfərin ölümü, 12 nəfərin yaralanması ilə nəticələnən intiharçı hücumunun məsuliyyətini öz üzərinə götürüb.

Polis idarəsinin Cinayət İstintaq Şöbəsinin generalı Fəridun Obeydi hadisə zamanı ölənlərdən ikisinin təhlükəsizlik işçisi, yeddisinin isə mülki vətəndaş olduğunu bildirib.

Bugünkü hücum Əfqanıstan hökuməti ilə Taliban arasında sülh danışıqlarının növbəti mərhələsindən əvvəl həyata keçirilib.

Adətən soyuq qış mövsümündə hücumlarına ara verən yaraqlılar, son zamanlar hücumları intensivləşdirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG