Accessibility links

Taliban ABŞ-ın Pakistanın hava məkanından istifadə etdiyini iddia edir


Bazar günü Talibanın müdafiə naziri ABŞ-a Əfqanıstana qarşı pilotsuz təyyarə hücumları həyata keçirmək üçün hava məkanından istifadə etməyə icazə verdiyi üçün qonşu Pakistanı ittiham edib.

Məhəmməd Yaqub bu iddianı Vaşinqtonun Əl-Qaidə lideri Ayman Əz-Zəvahirini iyulun 31-də Kabilin mərkəzindəki sığınacağında pilotsuz təyyarə ilə öldürdüyünü bildirməsindən təxminən bir ay sonra səsləndirib.

Yaqub Əfqanıstanın paytaxtında keçirdiyi mətbuat konfransında o vaxtdan bəri ABŞ-ın pilotsuz təyyarələrinin hava məkanı üzərində uçmaqda davam edərək, ölkəsinin ərazi suverenliyini pozduğunu bildirib, həm Vaşinqtonu, həm də İslamabadı bu pozuntulara son qoymağa çağırıb.

Nazir onun hökumətinin dron əməliyyatları üçün hansı qonşu ölkənin yardım etdiyi barədə soruşduqda o, Amerika ordusunun öıləni tərk etməzdən əvvəl “Əfqanıstanın radar sistemini tamamilə məhv etdiyi üçün” Talibanın hava məkanının pozulduğunu dəqiq izləyə bilmədiyini. deyib.

“Ancaq əldə etdiyimiz məlumata görə, pilotsuz təyyarələr Pakistan vasitəsilə Əfqanıstana daxil olur. Onlar Pakistanın hava məkanından istifadə edir. Biz Pakistandan özünün hava məkanından bizə qarşı istifadəni dayandırmasını tələb edirik,” Yaqub bildirib.

Pakistan Yaqubun iddialarından “dərin narahatlıq hissi keçirdiyini” bildirib. Xarici İşlər Nazirliyinin sözçüsü Asim İftixar Əhməd açıqlamasında “Əfqanıstan nazirinin özünün də etiraf etdiyi kimi, heç bir sübut olmadığı üçün bu cür iddialar çox təəssüf doğurur və diplomatik davranış normalarına ziddir” deyib.

XS
SM
MD
LG