Accessibility links

BMT: Əfqanıstan və beynəlxalq qüvvələrin 100-dən çox nümayəndəsi qətlə yetirilib


Birləşmiş Millətlər Təşkilatı ''etibarlı iddialar"-a əsasən bildirir ki, Taliban avqustun 15-dən ölkəni ələ keçirdikdən sonra Əfqanıstan hökumətinin 100-dən çox keçmiş üzvünün ölümü barədə məlumat alıb. Baş katib Antonio Quterreş deyib ki, öldürülənlər təhlükəsizlik qüvvələri və beynəlxalq qoşunlarla işləyən şəxslərdir.

Associated Press-in bazar günü yayımladığı hesabtda Quterreş bildirib ki, qətllərin "üçdə ikisindən çoxu" Taliban və ya onun qolları tərəfindən məhkəməsiz formada həyata keçirilib. Baxmayaraq ki, Taliban keçmiş hökumət nümayəndələri və ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri ilə işləyənlərə “ümumi amnistiya” elan etmişdi.

BMT-nin Əfqanıstandakı siyasi missiyası, həmçinin Əfqanıstanda fəaliyyət göstərən İŞİD-KP ilə əlaqədə şübhəli bilinən ən azı 50 nəfərin məhkəməsiz öldürülməsi ilə bağlı etibarlı iddialar əldə edib.

Baş katib bildirib ki, Taliban hərəkatının təminatlarına baxmayaraq, BMT-nin siyasi missiyası keçmiş hökumət və koalisiya üzvlərinin “məcburi şəkildə yoxa çıxması və yaşamaq hüququna, eləcə də fiziki toxunulmazlığına təsir edən digər pozuntulara” dair etibarlı iddialar əldə edib.

Quterreş bildirib ki, hazırda insan haqları müdafiəçiləri və media işçiləri də “hücumlara, hədə-qorxulara, təqiblərə, əsassız həbslərə, pis rəftarlara və qətllərə” məruz qalmaqda davam edir.

Taliban və İslam Dövləti ekstremistləri tərəfindən öldürülənlər daxil olmaqla, ümumilikdə 8 vətəndaş cəmiyyəti fəalı qətlə yetirilib. 10 nəfər isə müvəqqəti həbslər, döyülmə və təhdidlərə məruz qalıb. Biri İŞİD tərfəindən olmaqla, İki jurnalist qətlə yetilib, iki jurnalist isə naməlum silahlı şəxslər tərəfindən yaralanıb.

Baş katibin sözlərinə görə, indiyə qədər BMT missiyaları 44 müvəqqəti həbs, döyülmə və hədə-qorxu hallarını sənədləşdirib ki, onlardan 42-si Taliban tərəfindən həyata keçirilib.

Taliban ölkəni ələ keçirdikdən sonra keçmiş hökumət və beynəlxalq qüvvələrlə əlaqəli olanlara ümumi amnistiya, qadınlara və etnik azlıqlara qarşı tolerantlıq və inklüzivlik vəd etmişdi. Lakin bununla belə Taliban qadınlara qarşı məhdudiyyətləri yeniləyib. Üstəlik tamamilə kişilərdən ibarət hökumət təyin edib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG