Əfqanıstanda yüksək rütbəli zabitləri daşıyan vertolyot bu gün ğlkənin qərbindəki Fərah vilayətində qəzaya uğrayıb. Qəza zamanı azı 25 nəfərin öldüyü bildirilir.
Taliban Əfqanıstan Milli Ordusunun vertolyotunun qrupun döyüşçüləri tərəfindən vurulub salındığını bildirsə də, üsyançıların bu iddiası müstəqil mənbələr tərəfindən təsdiq edilməyib.
Hökumət rəsmiləri bu gün həmçinin paytaxt Kabil yaxınlığında ölkənin ən böyük həbsxanasında intiharçı bomba hücumunun törədildiyini, bunun nəticəsində bir həbsxana və təhlükəsizlik işçləriləri daxil olmaqla, 7 nəfərin öldüyünü bildirib.
Bu hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Polis sözçüsünün dediyinə görə, hücumçu Pul e-Çarxı həbsxanasının qadın işçiləri olan avtobusu hədəf alıb.