Accessibility links

Yunanıstanda yanğın azı 74 nəfərin həyatına son qoyub


Yunanıstanın paytaxtı Afina şəhəri yaxınlığında baş verən meşə yanğınları azı 74 nəfərin ölümünə və 140-dan çox insanın yaralanmasına səbəb olub.

Yanğınsöndürənlərin bütün səylərinə baxmayaraq, yanğının qarşısını almaq hələ ki, mümkün olmayıb.

Rəsmilər bunun ölkədə son on ildə baş vermiş ən ölümcül yanğınlardan biri olduğunu bildirir.

Müsbət 30 dərəcə isti və güclü külək şəraitində alov dalğaları Yunanıstan paytaxtının qərb və şərq hissələrinə yayılıb.

Baş nazir Aleksis Tsipras Bosniya-Herseqovinaya səfərini yarımçıq kəsərək Yunanıstana qayıdıb. O, yanğınla hava və qurudan mübarizə aparmaq üçün Avropa İttifaqı və ordudan yardım istəyib.

Yanğının baş verdiyi ərazi yaxınlığında yaşayan yüzlərlə insan tüstü və təhlükə səbəbi ilə evlərini tərk etməyə məcbur olub.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG