Accessibility links

İranlı güləşçinin ölüm hökmü icra edilib


İranlı güləşçi Navid Əfkari haqqında məhkəmənin çıxardığı ölüm hökmü icra edilib. 27 yaşlı idmançı 2018-ci ildə hökumət əleyhinə nümayişlərdə iştirak etməkdə və bir təhlükəsizlik əməkdaşını qətlə yetirməkdə ittiham olunurdu.

Əfkari ittihamları qəbul etmirdi və qətl hadisəsnin işgəncəylə onun böynuna qoyulduğunu bildirirdi. İran rəsmiləri isə işgəncə xəbərlərini rədd edirdilər.

İranın cənub-mərkəzi Şiraz şəhərindən olan Əfkari sərbəst və Yunan-Roma güləşi üzrə ölkəsində və beynəlxalq yarışlarda medallar qazanıb.

Fars əyalətinin paytaxtı Şirazın Cəza Məhkəməsi Əfkariyə ölüm hökmünü avqustun 2-də dövlətə məxsus su anbarının yerli mühafizəçisinin qətli ittihamı ilə vermişdi.

Həsən Türkəmən İranın pisləşən iqtisadi vəziyyətinə və milli valyutanın dəyərinin düşməsinə qarşı digər şəhərlərdə olduğu kimi Şirazda hökumət əleyhinə etirazlar zamanı qətlə yetirilib.

Edam olunan idmançını bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp və UFC rəhbəri Dana Vayt müdafiə etmişdi.

Onlarla iranlı atlet və beynəlxalq güləşçi ölüm hökmünün icra olunmasına qarşı kampaniyaya qoşulmuşdu.

Amma sonda İran Ali Məhkəməsi ölüm hökmünü qüvvədə saxlayıb. Onun iki qardaşına 54 və 27 illik həbs və hərəsinə 74 şallaq cəzası verilib.

Sentyabrın 8-də Dünya İdmançılarının Həmkarlar İttifaqı ölüm hökmünü icra edəcəyi halda İranı dünya idman yarışlarından uzaqlaşdırmağa çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG