Accessibility links

BMT: Əfqanıstanda hökumət və NATO qüvvələrinin hücumları zamanı daha çox mülki əhali öldürülüb


BMT 2019-cu ilin birinci yarısında Əfqanıstanda Taliban və digər yaraqlı qurplaşmaların hücumları ilə müqayisədə hökumət və NATO-nun rəhbərlik etdiyi qüvvələrin hücumları nəticəsində daha çox mülki vətəndaşın öldürüldüyünü etiraf edib.

Əfqanıstan üzrə missiya didərgin düşmək və zorakılıqların qurbanı olmaq ehtimalı arasında əlaqəni önə çəkib.

Münaqişə tərəfləri son trendlərə görə müxtəlif izahatlar verə bilərlər ki, bunların hər biri hərbi taktikalara bəraət qazandırılmasına xidmət göstərir.
Riçard Bennett, BMT

BMT-nin baş katibinin yardımçısı Əminə Məhəmmədin bildirdiyinə görə, bu ilin ilk beş ayı ərzində 100 mindən artıq insan didərgin düşüb. O, Talibanın nəzarəti altında olan bölgələrdə daşa basmalar, qadın hüquqları müdafiəçilərinə qarşı hücumlar və şərəf qətlləri törədildiyini deyib.

“Münaqişə tərəfləri son trendlərə görə müxtəlif izahatlar verə bilərlər ki, bunların hər biri hərbi taktikalara bəraət qazandırılmasına xidmət göstərir,” deyə BMT-nin Əfqanıstan missiyasında insan haqları üzrə rəhbəri Riçard Bennett bildirib.

BMT-nin hesabatında bildirilib ki, 2446 nəfər hökumət tərəfdarı qüvvələr və yaraqlıların hücumları zamanı xəsarət alıb.

Talibanla sülh danışıqları hələ ki, nəticə verməyib.
Talibanla sülh danışıqları hələ ki, nəticə verməyib.

Təlafatın çoxu NATO və Əfqanıstan qüvvələrinin hava reydləri zamanı qeydə alınıb.

BMT hazırda 18 il sürən münaqişəyə son qoyulması məqsədi ilə Talibanla müzakirələr aparır.

Taliban ABŞ və digər xarici qüvvələrin ölkədən çıxarılmasını tələb edir.

ABŞ isə sərt xətt tərəfdarlarının təhlükəsizliyi təmin etməsini istəyir. Rəsmi Vaşinqton bundan sonra Əfqanıstan ərazisindən Amerikaya qarşı terror hücumlarının törədilməyəcəyinə zəmanət tələb edir.

XS
SM
MD
LG