Afrika ölkələrindən bəzi aktyor və rejissorlar Holluvudda həmkarlarından sənət öyrənmək imkanı əldə edir. Afrikada istedadlar seçildikdən sonra onlar kino-studiyaları zityarət etmək və intensiv kurslar almaq üçün Los-Ancelesə göndərilir. Burada onlar yalnız əyləncə sahəsi deyil, sahibkarlıq üzrə də təlimlər keçir. Bütün bunlar Afrikanın Texnologiya Fondu, Birgə Təhsil və Birləşmiş Ştatların Dövlət Departamenbtinin yardımı ilə həyata keçirilir.
Bəzi Afrika rejissorlarının Hollivudun mərkəzində film çəkmək arzusu artıq həyata keçir. Uqandalı aktrisa Kleopatra Kohervinin sevincinin həddi-hüdudu yoxdur. Nigeriyalı aktrisa isə bunun inanılmaz olduğunu deyir. “Mən həyəcanlıyam, çünki buraya gələcəyimi heç ağlıma belə gətirməzdim.”
Afrikanın müxtəlif ölkələrindən olan bu peşəkar tələbələr təlimləri “Hollivud diqqət mərkəzində” proqramı çərçivəsində keçir. Onlar seminarlarda iştirak edərək, film sənayesi sahəsində peşəkarlıqlarını artırmağa çalışır.
Rejissorluğun sirlərini öyrənən Egim Fortun Kezi burada hər şeyi əyani görür. “Burada praktiki təcrübə keçirik. Hər şeyi əyani görmək olur. Siz bütün bunlar haqda təkcə eşitmirsiniz, onları həm də görürsünüz. Siz onların necə işlədiyini görürsünüz”.
Bu seminarlarda tələbələrə sahibkarlıq vərdişləri də öyrədilir. Bu keçid internetə və texnologiyadakı dəyişikliyə görə baş verir. Tələbələr eləcə də burada özlərini təkcə aktyor və ya rejissor olaraq deyil, həm də brend olduqlarını düşünməyi öyrənir. “Mən indi özümüm sahibkar kimi görürəm. Mənim brendimi necə satmaq haqda təsəvvürüm belə yox idi. Ona görə öz potensialından ya imkanların, ya da işin olmamasına görə tam istifadə edə bilmirsən” deyə, Kleopatra Kohervi bildirir.
Tələbələr deyir ki, burada onlar yalnız karyeralarını zənginləşdirmək deyil, həm də Afrikanın kino sənayesini dünya səviyyəsinə qaldırmaq yollarını öyrənirlər.