Accessibility links

Efiopiyada Afrika Birliyinin zirvə toplantısı keçirilib


Efiopiyanın paytaxtı Əddis Əbəbə şəhərində Afrika Birliyi ölkələrinin 29-cu zirvə toplantısının açılışı olub.

Afrika Birliyinin həmsədri Moussa Faki Mahamat bildirib ki, sülh və təhlükəsizlik məsələlələri qitənin əsas problemləri olaraq qalır.

Sammitdə iştirak edən Zimbabve prezidenti Robet Muqabe təşkilatın iqtisadi gücünün artırılması məqsədi ilə birliyə 1 milyon dollar ianə ayırıb.

Afrika Birliyi büdcəsinin təxminən 60 faizini Avropa Birliyi, Dünya Bankı və qeyri-üzv ölkələr tərəfindən edilən vəsaitlər təşkil edir.

Afrika Birliyinin 2017-ci ildəki büdcəsi 782 milyon dollar təşkil edəcək . 2016-cı ilin iyul ayında Aİ rəhbərləri xərclərin ödənilməsi üçün müəyyən əməliyyatlar üzrə 0,2 faiz vergi tətbiq etməyi qərara almışdılar.

2 gün davam edəcək zirvə toplantısında müzakirə olunan əsas mövzualardan biri gənc nəslə investisiya ayrılmasından ibarətdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG