Accessibility links

Afrika Burnunda qızılca qorxusu yaşanır


Afrika Burnunda qızılca qorxusu yaşanır
Afrika Burnunda qızılca qorxusu yaşanır

BMT və Efiopiya hökuməti Somalidən olan qaçqın uşaqlar üçün kütləvi qızılca peyvəndinə başlayıblar. Peyvənd kampaniyası aclıq nəticəsində zəifləmiş uşaq əhalisi arasında epidemiya qorxularının artıdğı vaxta təsadüf edir.

BMT-nin Efiopiyadakı uşaq agentliyinin rəhbəri Moses Okello deyir ki, o, ölkənin cənub-şərqindəki Dollo Ado qaçqın düşərgəsinə səfərindəndan xeyli mütəəssir olub. O, dərhal hərəkətə keçməyin vacibliyini vurğulayıb.

Təkcə cümə axşamı Kobe qaçqın düşərgəsində qızılcadan 13 adam vəfat edib. Ətrafdakı başqa düşərgələrdən də əlavə qızılca halları haqda məlumatlar daxil olmaqdadır.

Qızılca adətən sağlam adamların həyatına təhlükə törətmir. Amma aclıqdan əziyyət çəkən adamlarda bu keçici virus xeyli təhlükəli olur. BMT ən çox uşaqların təsirə məruz qaldığını deyib.

XS
SM
MD
LG