Accessibility links

BMT Somaliyə ərzaq yardımı göstərməyə başladı


BMT Somaliyə ərzaq yardımı göstərməyə başladı
BMT Somaliyə ərzaq yardımı göstərməyə başladı

BMT Ərzaq Proqramı Somaliyə təyyarə ilə ərzaq çatdırmağa başlayacaq. Qurumun icraçı direktoru Josette Sheeran deyir ki, ötən həftə Somalşinin iki hissəsində aclıq elan ediləndən bəri bu, BMT-nin ilk ərzaq yardımı olacaq.

BMT bildirir ki, Somalidə yaşayan milyonlarla adamın həyatını xilas etmək üçün nəhəng hərəkətə ehtiyac var. USAid deyir ki, 11 milyondan çox adamın sağ qalmaq üçün təcili ərzaq yardımına ehtiyacı var.

Dünya Ərzaq Proqramı elan edib ki, bu gündən başlayaraq Somali paytaxtı Moqadişuya, həmçinin şərqi Efiopiya və şimali Keniyaya ərzaq yardımı daşıyacaq.

BMT Ərzaq və Kənd Təssərüfatı Təşkilatı dünən Romada fövqəladə yığıncaq keçirib. Orada çıxış edən direktor Jacques Diouf son 60 ilin ən sərt quraqlığının katastrofik situasiya yaratdığını bildirib.

XS
SM
MD
LG