Accessibility links

Afrika dinozavrının qalıqları tapılıb [Video]


Afrika dinozavrının qalıqları tapılıb
please wait

No media source currently available

0:00 0:01:50 0:00

Mərakeşdə 66 milyon əvvəl yoxa çıxan Afrikada yaşayan ən son dinozavrlardan birinin qalıqları tapılıb.

Gördüyünüz bu fossilləşmiş çənə sümüyü bu dinozavra aiddir.

Şenanizavr Barbarikus Mərakeşdə fosfat mədənində aşkar edilib. Bu yeni növləri Bath universitetinin paleontoloqu Nik Lonqriç müəyyən edib. O deyir ki, bu növlər 66 milyon əvvəl asteroidin Yer kürəsi ilə toqquşaraq dinozavrları Yer üzündən silib, Təbaşir dövrünün başlanğıcına səbəb olmasına qədər Afrikada ora aid dinozvarlarının olduğunu göstərir.

“Bizdə Şimali Afrikada həmin dövrdə yaşayan dinozovlarla bağlı yaxşı təsəvvür yaranıb. Məsələn Triseratops və Tirranozavr bu faunanın, yəni yer üzündəki son dinozavr faunasının bir hissəsidir. Amma bizim dünyanın başqa yerləri ilə bağlı təsəvvürümüz yoxdur və bu dövürdə mövcud olan Afrika dinozavları ilə bağlı demək olar ki, heç nə bilmirik”.

Bu afrikalı yırtıcı Tirranozavrdan həm daha balaca olduğuna həm də başqa cəhətlərinə görə fərlənib.

“Onların burunları dahah qısa və daha küt olub. Qolları Tirronazavrın qollarından daha qısa olub. Tirranozavrın quş kimi lələkləri olsa da, Şenanizavrıar pulcuqlu olub. Bundan əlavə isə Tirranozavr çox ağılı deyildi, amma Şenanizavrların beyni onlarınkından da balaca olub. Yəni bit çox baxımdan bu, primitiv dinozavrdır”.

Buna baxmayaraq Şenanizavr çox güclü yırtıcı olub.

“Diş quruluşuna baxsanız, dişlərin bir-birinə çox sıx yerləşdiyini görərsiniz. Bu isə dinozavlara xas bir xüsusiyyətdir, çünki beləliklə biz onların dinozavr olduğunu anlayırıq”.

Mərakeş mədənlərində tapılan qalıqlar Lonqriçə inkişaf edən eko-sistemin kütləvi məhvi nəzəriyyəsini təsdiq etməyə yardım edir.

“Afrikada Təbaşir dövrünədək dinozavrların yaşadığını və faunanın sabit qaldığını sübut edən dəlilləri görmək çox maraqlıdır”.

XS
SM
MD
LG