Accessibility links

Afrikanın cənub-şərq bölgələri siklondan sonra ağır durumdadır


Afrikanın cənub-şərq bölgələrini təsirinə məruz qoyan İdai siklonunun səbəb olduğu daşqınlar çəkildikdən sonra rəsmilər orta və uzunmüddətli tələbləri, o cümlədən ərzaq və tibbi ehtiyatlar da daxil edilməklə, təbii fəlakətə hazırlıq səviyyəsini qiymətləndirməyə başlayıb.

BMT-nin Humanitar Yardım şöbəsinin rəhbəri Mark Louko İdai siklonunun kənd təsərrüfatına məxsus minlərlə hektar əkin sahəsini demək olar ki, tamamilə yararsız vəziyyətə saldığını bildirib.

İdai siklonu Mozambik, Malavi və Zimbabveni mart ayının ortalarında güclü küləklər və yağışlarla vuraraq, daşqınlara səbəb olub. Hələ də çox sayda insanın itkin düşdüyü və sağ çıxmalarına ümid qalmadığı bir vaxt üç ölkədə 900 nəfərin öldüyü təsdiq edilib.

İdai siklonundan əvvəl də bu bölgələrdə ərzaq qıtlığı yaşanırdı. Şiddətli yağışlar onsuz da iqtisadi böhran içərisində olan Zimbabvedə 5.3 milyon insanı ağır vəziyyətə salıb.

BMT əlavə 270 min insanın vəziyyətinin ağır olduğunu bildirib.

XS
SM
MD
LG