Accessibility links

Afrikaya nisbətən gec çatan koronavirus sürətlə yayılır


Koronavirus Afrikaya dünyanın çox yerindən gec çatsa da, getdikcə sürəti artır. Səhiyyə orqanları bu öldürücü virusun səhiyyə sistemləri zəif olan ölkələrə və xüsusilə də həssas qaçqın, miqrant və məcburi köçkünlərin qruplarına ciddi təhlükə yaratdığını deyir.

Reuters xəbər agentliyinin çərşənbə günü bildirdiyinə görə, 750 mindən çox təsdiqlənmiş yoluxma halı olan qitə çətin bir mərhələdən keçir. Hökumətlər və Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarından istifadə edən xəbər agentlikləri 751 151 yoluxma, 15 721 ölüm və 407 461 sağalma hallarının olduğunu bildirib. Afrikada iyulun 8-də artıq 500 min təsdiqlənmiş yoluxma halının qeydə alındığı deyilib.

"Afrikanın bir sıra Səhraaltı ölkələrində yoluxmanın sürəti artmaqdadır və fikrimcə bu, çox ciddi qəbul edilməlidir" - deyə, Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Hallar Proqramının rəhbəri Maykl Rayan bu həftənin əvvəlində ekeçirilən brifinq zamanı jurnalistlərə bildirib.

Rayan bu ölkələrin çoxunun "kövrək və münaqişə içərisində" olduğunu deyib.

COVID-19 qitənin ən varlı ölkələrindən birinə ağır zərbə vurub. Qitədə təsdiqlənmiş yoluxma hallarının yarısından çoxu Cənubi Afrikaya aiddir. Afrika Xəstəliklərinə Nəzarət və Qarşısının Alınması Mərkəzlnin çərşənbə axşamı bildirdiyinə görə, ölkədə 751 mindən çox yoluxma, təqribən 16 min ölüm halı qeydə alınıb.

Yoluxmalar əvvəlcə əsasən imkansız qaradərililərin yaşadığı böşgələr olmaqla, şəhər ərazilərini viran qoyub. "Lakin indi daha çox kənd yerlərinə doğru gedərək, müxtəlif qrupdan olan əhaliyə təsir edir" - deyə, Ümumdünya Səhiyyə Təşkilatının yoluxucu xəstəliklər üzrə ixtisasçısı Mariya Van Kerxove bildirib.

XS
SM
MD
LG