Accessibility links

Afrika Milli Konqres Partiyası səsvermə keçirib


Cənubi Afrikanın hakimiyyətdə olan Afrika Milli Konqres Partiyasının nümayəndələri bazar ertəsi səhər ölkənin növbəti prezidentliyə namizədini seçmək üçün səsvermə keçirib.

Partiyanın təxminən 5000 üzvü bazar günü Yohanezburq şəhərində səs verməli idi. Lakin proses təxirə salınıb.

Yeni partiya lideri bir neçə korrupsiya qalmaqalı ilə əlaqədar vəzifəsindən kənarlaşdırılacaq prezident Ceykob Zumanı əvəz edəcək. Zuma 2019-cu ildə ümummilli prezident seçkiləri keçirilənədək vəzifəsini icra etməkdə davam edəcək.

Namizədlərə prezident müavini Siril Ramafosa və bir zamanlar prezident Zumanın həyat yoldaşı olmuş sabiq kabinet naziri Nkosazana Dlamini-Zuma daxildir.

1994-cü ildə demokratiya bərqərar olandan bəri Afrika Milli Konqresi bütün ümummilli prezident seçkilərində səslərin əksəriyyətini toplayir.

XS
SM
MD
LG