Accessibility links

Seneqalın “Qara Sivilizasiya” müzeyi qapılarını ictimaiyyətə açdı


Seneqalın “Qara Sivilizasiya” müzeyi qapılarını ictimaiyyətə açdı
please wait

No media source currently available

0:00 0:02:06 0:00

Keçən ay rəsmi inaqurasiyadan sonra Seneqalda nəhayət “Qara Sivilizasiya” adlı muzey qapılarını ictimaiyyətə açdı. Afrikanın ən böyük kolleksiyasının toplandığı dördmərtəbəli binada 18.000 sənət əsəri nümayiş etdirilir.

Muzeyin açılışı günü gələn ziyarətçilər fərəh hissi keçirdiklərini deyir. Solaj Lopes: “Buranı çox sevdim. Çox həyəcanlandırıcıdır. Burada, bir yerdə toplananlar çox insanı heyrətə gətirir, çünki bütün bunların hamısı buradan. Afrikadandır.”

Bu muzeyin açılışı Avropa ölkələrinin müstəmləkə dövründə talan edilən Afrika sənətlərinin geri qaytarılması haqdakı qlobal çağırışlar zamanına təsadüf edir. Fransa prezidenti Emanuel Makronun bu yaxınlarda hazırladığı hesabatda Parisin “Musee du Quai Branly” muzeyindəki 46 min eksponatın repatriasiya edilməli olduğunu deyib.

Texaslı ziyarətçi Korin Dain muzeyi Seneqalda böyüyüb başa çatan həyat yoldaşı ilə birlikdə ziyarət edib. O, Avropanın Afrikakaya aid olan sənət əsərlərini qaytarmalı olduğunu düşünür. “Artıq vaxtdır. Düşünürəm ki, Afrika əsərlərini Afrikaya qaytaqmaq gözəl iş olar. Mərkəz bölgələrdən olan insanlar gedib onları görə bilər” - deyə, Korin Dain bildirir.

Muzeyin direktoru Hamadi Bokum bu muzeyin qlobal miqyasda müzakirələr üçün bir yer olacağını deyir. “Məqsəd dəqiq və razılılaşdırıcı bir dil tapmaq idi. Bu muzey Seneqaldan deyil, bu muzey Afrika və ya diasporadan deyil, bu muzey qaradərililərin dünyaya gətirdiyi sivilizasiyadan danışır.”

Dakar sənətçiləri ümid edir ki, muzey və müasir sərgilər şəhərin bügünkü bədii səhnəsinin kəşfinə yardım edəcək. Rəssam və muzeyin kurtatoru Dciril Dram: “Bu, yeni muzey olsa da, artıq beynəlxalq əhatə dairəsi var və düşünürəm ki, bu, Seneqal və müasir Afrika rəssamları üçün də bir fürsət ola bilər."

Hazırda isə yeni muzeyin işçiləri ziyarətçiləri salamlayır.

XS
SM
MD
LG