Accessibility links

Papa Fransis Afrika səfərinə başlayıb


Roma Papası Fransis Afrikaya səfərə başlayıb. O, Keniya, Uqanda və Mərkəzi Afrika Respublikasını ziyarət etməyi planlaşdırır. İnsan haqları təşkilatları Papanı həmin ölkələrdə siyasi hüquqlar, dini tolerantlıq və azlıqlara hörmət göstərilməsi məsələlərin qaldıracağına ümid edirlər.

Papanın Afrika səfərinin ilk dayanacağı Keniya olacaq. Burada o, Kanqemi gecəqondu məhəlləsini ziyarət edərək, yoxsul insanların müdafiəsinə çağıracaq.

Papa Fransisin həmçinin iqlim dəyişikliyi məsələsini də üvanlayacağı gözləniıir.

Roma Papası fərqli dini icmların liderləri ilə görüş keçirərək, Keniyada dini qruplar arasında zorakılıqların artması məsələsinə toxunacaq.

Human Rights Watch insan haqları təşkilatı Roma Papasına məktub göndərərək, narahatlıqlar doğuran əsas problemləri göstərib və onun Afrika səfəri əsnasında bu məsələlərə toxunacağı ilə bağlı ümidini ifadə edib. Təşkilat Papa Fransisi hər üç ölkədə insan haqları probleminə diqqət ayırılmasını tələb etməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG