Accessibility links

Cənubi Afrika Respublikasında öldürülən 34 şaxtaçının xatirəsi anılıb


Cənubi Afrika Respublikasında cümə axşamı günü polis tərəfindən tətil elan edən şaxtaçıların atəşə tutulması nəticəsində həlak olan 34 nəfərin xatirəsi anılıb. Bu gün nümayişçilər hadisə baş verən yerə toplaşıb. Marikana şəhərində nümayişçilər şüarlar səsləndirib, mahnı ifa edib.

Polis 78 adamın yaralanması ilə nəticələnən hücumun polisin özünümüdafiəsi məqsədi ilə edildiyini bildirib.

Afrika Milli Konqresinin lideri Julius Malema şaxtaçıların hüquqları uğrunda mübarizənin davam etdirilməsinə çağırıb.

Dünyanın üçüncü ən böyük platin istehsalçısı Lonmin PLC-in işçiləri maaşlarının qaldırılmamasına etiraz olaraq tətil elan etmişdi. Onlar 480 dollar təşkil edən məvaciblərinin 3 dəfə artırılmasını tələb edir.

Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma hadisə ilə bağlı təhqiqata göstəriş verib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG