Kaliforniyanın cənubunda iki afro-amerikalı şəxsin asılması ilə bağlı istintaq aparılır.
24 yaşlı Robert Fullerin cəsədi ötən həftə Palmdeyldə ağacda asılı vəziyyətdə aşkar edilib.
Keçən ay 38 yaşlı Malkolm Harşın cəsədi isə Viktorvill şəhərindəki evsizlər düşərgəsi yaxınlığında ağacda aşkar edilib.
Rəsmilər əvvəlcə intihar şübhəsi ilə hər iki yerdə araşdırma aparıb. Lakin indi icmaların narazılığı səbəbi ilə yenidən istintaq aparılır və yekun açıqlama gözlənilir.
Şənbə günü minlərlə insan Palmdeyldə Fullerin xatirəsini anıb. Fullerin bacısı Diamond Aleksandr deyib ki, mənim qardaşım intihar etməyib, biz həqiqəti bilmək istəyiirik.
Harşın ailəsi bəyanat yayaraq bildirib ki, "rahatladıcı bəhanələr deyil, ədalət istəyirik. Ölməyin bir çox yolu var, ancaq mövcud irqi gərginliyi nəzərə alsaq, bir qaradərilinin özünü ağacdan asması ağlabatan deyil."
Mayın 25-də Corc Floyd Minneapolis şəhərində öldükdən bəri bir çox Amerika şəhərləri boyunca etiraz nümayişləri vüsət alıb.
Floyd polis zabiti Derek Çauvinin onun boynunda dizini 9 dəqiqə saxladıqdan və Floyd ona nəsəf ala bilmədiyini dedikdən sonra ölmüşdü.
Minlərlə insan paytaxt Vaşinqton, digər ABŞ şəhərləri və dünyanın bir sıra müxtəlif şəhərlərində küçələrə axışaraq irqçiliyə və polis zorakılığına etiraz edib.