Accessibility links

Altı aydır davam edən müharibə nəticəsində Qəzzanın böyük bir hissəsi dağılıb


Qəzza zolağı. 31 mart, 2024.
Qəzza zolağı. 31 mart, 2024.

İsrail-HƏMAS müharibəsi başlamadan öncə, fələstinli militant qrupu HƏMAS tərəfindən idarə olunan kiçik anklav yoxsul və sıx məskunlaşmış olsa da, həyatla dolu idi – orada restoranlar, mağazalar, müvəqqəti futbol meydançaları, universtitetlər, xəstəxanalar var idi.

Münaqişə başlayandan altı ay sonra Reuters-in operatoru Qəzza zolağının dağılmış küçələri boyu velosiped sürərək, İsrailin 33 mindən çox insanın ölümü ilə nəticələnən və HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumuna cavab olaraq endirdiyi havadan zərbələrinin səbəb olduğu dağıntlıları yoxlayır.

Həyata dair çox az işarə var

Hər küçədə eyni mənzərə - dərinləşən humanitar böhran səbəbilə dərman, səhiyyə xidməti və ərzaq çatışmazlığı ilə üzləşən 2.3 milyon əhalisi olan zolağın hər bir tərəfində dağıntılar var.

Bir çoxları aramsız bombardmandan qaçmağa çalışarkən anklavın bir hissəsindən digərinə qaçıb və nəticədə sığınacaqlarda və ya çadırlarda qalır.

Anklavın küçələrində hərəkət məhduddur. Həyatın olduğuna dair çox az sayda işarə var. Kişilər motosiklet sürür. Gənc oğlan toz buludlarının arasından torpaq yolda təkər arabasını itələyir. Məscid belə dağıdılıb.

Bir digər kişi çiynində un torbası daşıyır. Qəzzada ərzaq qıtlığı var. Fələstinlilər deyir ki, tədarük təmin etmək cəhdləri ölüm-qalım mübarizəsidir. Məsələn, fevral ayında 100-dən çox fələstinli yardım konvoyundan ərzaq almağa çalışarkən həyatını itirib. İsrail bildirir ki, bir çoxları yaranan hərc-mərclik nəticəsində tapdalanaraq ölüb. Qəzzanın səhiyyə rəsmiləri isə deyir ki, İsrail əsgərləri izdihama atəş açıb.

Aclıq yaxınlaşır

İsrail hərbi kampaniyanı HƏMAS-ın oktyabrın 7-də İsrailin cənubuna 1200 nəfərin ölümü, 260 nəfərin isə girov götürülməsi ilə nəticələnən hücumuna cavab olaraq həyata keçirir.

Birləşmiş Millətlər Təşkilatı aclığın yaxınlaşdığı barədə xəbərdarlıq edib və yardımın qəbulu və Qəzzaya paylanmasına maneələrdən şikayətlənib. Birləşmiş Ştatlar da aclığın yaxın olduğunu deyir.

İsrail rəsmiləri Qəzzaya yardım çıxışını artırdıqlarını və gecikmələrə görə məsuliyyət daşımadıqlarını, Qəzza daxilində yardımın çatdırılmasının da BMT və humanitar təşkilatların öhdəliyi olduğunu bildirib. İsrail həmçinin HƏMAS-ı yardımı oğurlamaqda ittiham edib, HƏMAS isə bu ittihamı rədd edir.

Məşhur aşpaz Xose Andresin World Central Kitchen təşkilatının bildiridiyinə görə, bazar ertəsi Qəzzanın mərkəzinə İsrailin hava hücumu nəticəsində öldürülən təşkilatın yeddi işçisi arasında Avstraliya, Britaniya və Polşa vətəndaşları olub.

Hələləik fələstinlilər sadəcə olaraq dağıntılarla dolu küçələrdə gəzə, və hər bir zərbə ilə bu dağıntıların artdığını görə bilirlər.

Velosiped sürən operator dağıntılar arasında həyata dair çox az işarə gördü. İki qadın balaca bir uşaqla gəzirdi. Bir neçə nəfər rəngarənq çətirin altında oturmuşdu. Kişilər eşşəklə birlikdə arabada həkərət edirdi. Küçə boyu yanmış maşınlar düzülmüşdü.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG