Əfqanıstanın şərq bölgəsinin rəsmiləri yaraqlıların qubernatorun yaşadığı evin qarşısında həyata keçirdiyi hücum nəticəsində altı nəfərin öldüyü haqda məlumat veriblər.
Pəncir vadisinin rəsmiləri ölkənin ən sabit bölgələrindən birində hücumun polis forması geymiş altı yaraqlı tərəfindən həyata keçirildiyini bildiriblər.
Rəsmilər yaraqlılardan üçünün intiharçı gödəkçəsində olduğunu deyiblər. Onların sözlərinə görə, hücum zamanı altı yaraqlı və bir polis işçisi ölüb.
Pəncir vilayəti Talibanın hakimiyyətdə olduğu dövrdə Taliban əleyhinə müqavimət hərəkatının mərkəzi hesab edilirdi. Taliban hakimiyyətdən devrildikdən sonra vilayətdə dinclik hök sürürdü.