Accessibility links

Ağ Ev Paris iqlim paktı ilə bağlı mühüm görüşü yenidən təxirə salıb


Ağ Ev qarşısında İqlim yürüşü, 29 aprel, 2017.
Ağ Ev qarşısında İqlim yürüşü, 29 aprel, 2017.

Ağ Ev keçmiş prezident Barak Obamanın dəstəklədiyi iqlim dəyişikliyinə dair Paris müqaviləsi ilə bağlı mühüm görüşü ikinci dəfə təxirə salıb.

Prezident Donald Tramp Ağ Ev uğrunda mübarizə apardığı uzun seçki kampaniyası dövrü ABŞ-ın müqavilədən çıxmasına söz vermişdi. Lakin hakimiyyətə gəldikdən sonra o, 196 ölkənin imzaladığı müqavilə ilə bağlı qərar verməyib.

Prezidentin müşavirləri onun 2015-ci ildə qlobal istiləşmənin qarşısının alınması üçün istixanə qazları tullantlarının azaldılmasını nəzərdə tutan razılaşmaya əməl olunub-olunmamasına dair qərar verməyə hazırlaşdığını bildiriblər. Paris razılaşmasına əsasən, Birləşmş Ştatlar növbəti 10 il ərzində istixanı qazları tullantılarının azaldılmasına söz verib. Tramp qərarı dünyanın iqtisadi cəhətdən inkişaf etmiş yeddi ölkəsinin liderlərinin may ayında Siciliyada keçiriləcək görüşünə qatılmazdan əvvəl verməlidir.

Birləşmiş Ştatlar Çindən sonra dünyada havanın çirklənməsinə səbəb olan ikinci ən böyük ölkədir. ABŞ-ın müqavilədən çıxması Paris razılaşmasının qlobal təsirinin əhəiyyətli şəkildə azaldılmasına gətirib çıxara bilər. Obama və Çin prezident Şi Tsinpin Paris razıılaşmasının əldə olunmasında instrumental rol oynamışdılar.

Hələlik Ağ Ev iqlim dəyişikliyinə dair görüşün hansı tarixdə keçiriləcəyi ilə bağlı məlumat verməyib. Prezident Tramp məsələ ilə bağlı öz administrasiyası daxilində bir-birinə zidd fikirlərlə qarşılaşır.

ABŞ dövlət katibi, ExxonMobil şirkətinin keçmiş prezidenti Reks Tillerson müqavilədə qalmağın tərəfdarıdır. Lakin Ətraf Mühitin Mühafizəsi agentliyinin direktoru Skott Puitt bunun "Amerika üçün pis razılaşma" olduğunu bildirib. O deyib ki, razılaşma ABŞ-da iş yerlərinin itirilməsinən səbəb ola bilər.

Tramp özü iqlim dəyişikliyini bir dəfə Çin tərəfindən oyun adlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG