Accessibility links

Ağ Ev Castin Biberin deportasiyasına dair petisiyaya cavab verməyə hazırlaşır


Ağ Ev kanadalı pop musiqisi ulduzu Castin Biberin deportasiyasına çağıran petisiyaya cavab verəcəyini bildirib.

Müğənninin deportasiya edilməsini tələb edən petisiyaya 234 mindən çox imza atılıb. Ağ Evin veb səhifəsində yerləşdirilən hr hansı bir petisiyaya Obama administrasiyasının cavab verməsi üçün ona 100 min adamın imza atması lazımdır.

​Ağ Evin sözçüsü Cey Karni administrasiyanın yaxın zamanda cavab verəcəyini bildirib.

19 yaşlı Castin Biber haqda son zamanlar polislə qarşıdurma, Los Anceles şəhərindəki evində qonçusu ilə dava, alkoqol və narkotik maddələrdən istifadə ilə bağlı xəbərlər verilib.



“We the People” adı altında müğənninin Kanadaya deportasiya edilməsi tələbilə petisiya Ağ Evin veb saytında yanvarın 23-də, Castin Biberin Mayamidə içkili vəziyyətə maşını idarə etmək, hüquq-mühafizə orqanları işçilərinə müqavimət göstərmək və sürücülük vəsiqəsinin müddətinin bitdiyi halda maşın sürmək ittihamları ilə həbs edildiyini gün yerləşdirilib.
Petisiya müğənni təhlükəli, düşüncəsiz, məsuliyyətsiz və narkotik maddələrdən istfadə edən şəxs kimi təsvir edilib. Burada onun Amerika xalqınnın təhlükəsizliyinə hədə törətdiyi və ölkə gənclərinə olduqca mənfi təsir göstərdiyi bildirilir.



Ağ Evin veb səhifəsində yerləşdirilmiş petisiyada həmçinin Castin Biberin yaşıl kartı və onun daimi yaşayış icazəsinin ləğv edilməsinə çağırılır. Qremmi mükafatı laureatı olan müğənni Birləşmiş Ştatlarda müvəqqəti iş vizası əsasında yaşayır.




Castin Biber “Baby”, “Boyfriend” və “As Long as You Love Me” də daxil olmaqla, bir sıra hit mahnıları ilə tanınır.
XS
SM
MD
LG