Accessibility links

Ağ Ev “dindirilmə taktikasına” dair layihənin mövcudluğunu inkar edib


ABŞ prezidenti Donald Trampın terrorçuların dindirilməsi taktikasını nəzərdən keçirməyə hazırlaşdığı və Birləşmiş Ştatlar xaricində gizli həbsxanaların yenidən açıla biləcəyinə dair sərəncamı ilə bağlı məlumatlar Vaşinqtonda çaşqınlıq yaradıb.

New York Times qəzeti və Associated Press agentlyi Vaşinqton administrasiyasının yüksək səviyyəli rəsmiləri arasında dövr edildiyi deyilən sənədin nüsxəsini əldə etdiklərini yazıb. Lakin Ağ Evin mətbuat katibi Şon Spayser sənədin “Ağ Evə aid olmadığını” deməkdə təkid edir. Spayser deyib ki, “sənədən haradan gəldiyi haqda təsəvvürə malik deyil”.

Güman edilən sənədə əsasən, ABŞ-ın Kubada terorrizmdə şübhəli bilinən 41 nəfərin saxlandığı Quantanamodakı həbsxana açıq saxlanacaq. Prezident Barak Obamanın hakimiyyətdə olduğu səkkiz il ərzində həbsxananın bağlanması səyləri nəticə verməyib. Obama Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) onun bu praktikaya qadağa qoymasına qədər terror şübhəlilərinə qarşı “ağır dindirilmə üsullarının” tətbiq edildiyi həbsxananın fəaliyyətinin əleyhinə idi. Obamanın fikrincə, bu praktika İslam Dövləti qrupunun terrorçularının öz sıralarına yeni döyüşçülər cəlb etməsində bir vasitə kimi istifadə edilirdi.

Rumıniyanın Konstansa şəhərində sovet dövründən qalma həbsxana CIA-nin gizli obyekti olduğuna dair iddialarla bağlı təhqiqatın mərkəzində olub
Rumıniyanın Konstansa şəhərində sovet dövründən qalma həbsxana CIA-nin gizli obyekti olduğuna dair iddialarla bağlı təhqiqatın mərkəzində olub

Obama həmçinin CIA tərəfindən idarə edilən “həbsxanalar”ın da bağlanması haqda göstəriş vermişdi.

Tramp seçki kampaniyası dövründə “boğulma üsulu il işğəncə” kimi dindirilmə metodlarının qaytarılmasına söz vermişdi. Bu metod Obama tərəfindən və sonradan artıq ABŞ qanunvericiliyi ilə qadağan edilib.

Tramp eyni zamanda, Quantanamo həbsxanasının da açıq qalacağı haqda vəd verərək demişdi: “Biz oranı pis adamlarla dolduracağıq, mənə inanın, oranı dolduracağıq.”

Prezident istədiyi sərəncama imza ata bilər. Amma qanun qanundur. Biz işgəncəni Amerika Birləşmiş Ştatlarına qaytarmayağıq.
Con Makkeyn

Güman edilən sənədə görə, ölkənin yüksək səviyyəli təhlükəsizlik rəsmiləri “prezidentə Birləşmiş Ştatlar xaricində fəaliyyət göstərən xüsusi təhlükə törədən terrorçuların dindirilməsi proqramının yenidən qaytarılıb-qaytarılmaması və proqramın saxlanma mərkəzlərini əhatə edib-etməməsi ilə bağlı tövsiyələr verməyə” çağırılır. 2001-ci ildə Vaşinqton və Nyu-Yorkda terror hücumlarından sonra CIA tərəfindən idarə edilən belə gizli saxlanma obyektlərinin İraq, Litva, Tailand, Rumıniya, Əfqanıstan və Polşada da olduğu bildirilir.

Trampın dindirilmə metodlarının ciddiləşdirilməsi ilə bağlı təşəbbüsü Arizona ştatından respublikaçı senator Con Makkeyn tərəfindən mənfi qarşılanıb. 2008-ci ildə prezidentliyə namizəd olmuş Makkeyn 1960-cı illərdə hərbi dəniz qüvvələrinin zabiti kimi Vyetnamda döyüşən zaman beş ildən çox müharibə əsiri kimi saxlanıb.

“Prezident istədiyi sərəncama imza ata bilər. Amma qanun qanundur. Biz işgəncəni Amerika Birləşmiş Ştatlarına qaytarmayağıq”-senator Makkeyn bildirib.

Makkeyin sözlərinə görə, müdafiə naziri və CIA-in direktoru Mayk Pompeo onu terror şübhəlilərinin dindirilməsi zamanı hərbi qüvvələrin nizamnaməsinə müvafiq olaraq məhdudiyyətlərə əməl ediləcəyinə əmin ediblər.

XS
SM
MD
LG