Accessibility links

Ağ Ev İrana qarşı ittihamların səsləndirildiyi bəyanatdakı səhvlə bağlı şərh verib


Ağ Evin sözçüsü Sara Hakabi Sanders mətbuat konfransı zamanı, Vaşinqton, 1 may, 2018.
Ağ Evin sözçüsü Sara Hakabi Sanders mətbuat konfransı zamanı, Vaşinqton, 1 may, 2018.

Ağ Ev İranın hazırda gizli nüvə silahları proqramı hazırlamaqda ititham edildiyi bəyanatın verilməsinə “dəftərxana səhvi”nin səbəb olduğunu bildirir.

“Sizin göstərdiyiniz səhv dərhal düzəldiyilib və biz hazrıda diqqəti ölkəmizin təhlükəsizliyi məsələsinə yönəltmişik”, Ağ Evin sözçüsü Sara Hakabi Sanders çərşənbə axşamı günü bəyanatla bağlı müxbirlərə verdiyi açıqlamada bildirib.

“İran dünyadan və öz xalqından gizlətməyə çalışdığı və gizlədə bilmədiyi gizli nüvə silahları proqramına malikdir”, ilkin bəyanatda deyilirdi. Bəyanatın mətnindən Tehranın mühüm beynəlxalq razılaşmanı görünməmiş bir şəkildə pozduğu başa düşülürdü.

Ağ Evin sonradan düzəliş etdiyi bəyanatın mətnində indiki zaman keçmiş zamanla əvəz edilib və sənəd vebsaytda yerləşdirilib.

“İran olduqca ciddi gizli nüvə silahları proqramına malik olub”, deyə yeni bəyanatda bildirilib. Lakin yeni bəyanat əvvəlcə yanlış sənəd alan şəxslərə yenidən göndərilməyib.

israilin baş naziri Benyamin Netanyahu Tel Əvivdə mətbuat konfransı zamanı İranın nüvə silahları inkişaf etdirməsinə dair materialları təqdim edir, 30 aprel, 2018.
israilin baş naziri Benyamin Netanyahu Tel Əvivdə mətbuat konfransı zamanı İranın nüvə silahları inkişaf etdirməsinə dair materialları təqdim edir, 30 aprel, 2018.

“Ən böyük səhv Birləşmiş Ştatların ümumiyyətlə İranla razılaşmaya getməsi olub. Mənə elə gəlir ki, bu prosesdə ən böyük səhv dərhal düzəldilən sadə bir səhv deyil, məhz budur, ”, Ağ Evin mətbuat katibi Sara Hakabi Sanders müxbirlərin suallarına cavab verərkən deyib.

Bu, Ağ Evdə rəsmi bəyanatlar və press-relizlrdə yol verilmiş ilk səhv deyil.

Sənədlərin birində məsələn, prezident təyyarəsi Air Force One deyil, Air Force Once (prezidentin keçmiş təyyarəsi) kimi yazılıb. İsraillilər və fələstinlilər arasında davamlı sülhə ümidlərin ifadə edildiyi başqa bir bəyanatda isə ingilis dilində peace (sülh) əvəzinə, peach (şaftalı) yazılıb.

Ağ Evin bazar ertəsi İranın nüvə proqramı ilə bağlı açıqladığı bəyanatı İsrailin baş naziri Benyamin Netanyahunun Tehranın nüvə silahı inkişaf etdirmədiyi haqda yalan söylədiyi ilə bağlı təqdimatından sonra verib.

İsrail lideri deyib ki, bu nəticə İsrail əldə etdiyi İranın minlərlə məxfi sənədinə əsasən çıxarılıb. Lakin təhlilçilər bildirib ki, Netanyahunun prezentasiyasında İranın 2015-ci ildə dünya qüdrətləri ilə əldə etdiyi razılığı pozduğu nümayiş etdirilməyib.

Fransa prezidenti Emmanuel Makron və ABŞ prezidenti Donald Tramp Ağ Evdə birgə mətbuat konfransı zamanı, 24 aprel, 2018.
Fransa prezidenti Emmanuel Makron və ABŞ prezidenti Donald Tramp Ağ Evdə birgə mətbuat konfransı zamanı, 24 aprel, 2018.

ABŞ prezidenti Donald Trampın razılaşmaya əsasən İrana qarşı iqtisadi sanksiyaların dayandırılmasına davam etmək üçün mayın 12-ə qədər vaxtı var.

Netanyahunun İranın nüvə proqramı ilə bağlı açıqlamalarının vaxtı nəzərə alındıqda, bunun Birləşmiş Ştatlarda prezidentin qərar verməsi üçün son möhlət yaxınlaşdıqca ictimai debatlara təsir göstərə bilməsi ilə bağlı sualın cavabında Sara Hakabi Sanders bildirib: “İnsanların həqiqəti başa düşdüyü və informasiyaya malik olduğuna əmin olma istəyi var idi”.

Keçən həftə Ağ Evdə prezident Trampla görüşən Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel Amerika liderini İranla nüvə razılığını təhlükə altına almamağa çağırıb.

İran İsrail kəşfiyyatının məlumatlarının əhəmiyyətini azaltmağa çalışıb.

BMT-nin nüvə agentliyi çərşənbə axşamı qurumun direktorunun 2015-ci ildə təqdim etdiyi hesabata diqqət çəkib. Agentliyin hesabatında İranın 2009-cu ildən sonra nüvə silahlarının inkişafa etdirilməsi ilə əlaqədar fəaliyyətlərinə dair “etibarlı göstəricilər”in olmadığı qeyd edilib.

Bəzi diplomatlar və təhlilçilər nüvə razılaşmasının pozulmasının Yaxın Şərqdə silah yarışına gətirib çıxara və İran və İsrail arasında müharibənin mümkünlüyünü artıra biləcəyini bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG