Accessibility links

Ağ Evin kommunikasiya üzrə direktoru istefa verib


Ağ Evin kommunikasiya üzrə direktoru Mayk Dubke istefa verib. Bu, Donald Trampın onun müşavirlərinin Rusiya ilə əlaqələrinə dair təhqiqata cavabını müəyyənləşdirdiyi zaman administrasiyada mümkün kadr dəyişikliklərinin başlanğıcına işarə kimi dəyərləndirilir.

Respiblikaçı müşavir Dubke kommunikasiyalar üzrə direktor vəzifəsinin icrasına üç ay bundan əvvəl başlayıb. O, iki həftə bundan əvvəl istefa ərizəsini prezidentə təqdim edib. Tramp onun istefasını qəbul edib, lakin Dubkedən Yaxın Şərq və Avropaya doqquz günlük səfərinin sonuna qədər vəzifədə qalmasını istəyib.

Ağ Evdə hələlik başqa kadr dəyişiklikləri ilə bağlı məlumat verilməyib. Lakin Trampın Amerika seçiciləri qarşısında administrasiyanın imicinin yaxşılaşdırılması məqsədilə bir sıra yeni addımlar atılmasını nəzərdən keçirdiyi haqda məlumatlar verilib.

Ağ Evin bildirdiyinə görə, Dubke onu əvəz edəcək namizəd tapılana qədər vəzifədə qalacaq.

Tramp və onun yaxın ətrafındakı müşavirləri qarşıdakı həftələr və hətta aylar Moskva ilə əlaqələrinə dair uzun müddətli təhqiqat prosesləri perspektivi gözləyir. Trampın seçki qərargahının onun qələbəsinə kömək məqsədilə Rusiya rəsmiləri ilə həqiqətən də qeyri-qanuni əlaqələr qurub-qurmadığı ilə bağlı təhqiqat üzrə xüsusi prokuror təyin edilib.

Konqresin bir neçə heyəti də məsələ ilə bağlı təhqiqatlar aparır.

Tramp dəfələrlə Rusiyanın ona qələbə çalmaqda kömək etdiyinə dair iddiaları rədd edib. Bu gün Tvitter səhifəsində o, bu iddiaları demokratların Ağ Ev uğrunda mübarizədə məğlubiyyəti ilə bağlı "bəhanəsi" adlandırıb.

ABŞ mediasının verdiyi məlumata görə, Tramp son zamanlar Rusiyanın müdaxiləsi ilə bağlı xəbərlərlə bağlı daha çox narazılıq bildirərək, bunun diqqəti onun səhiyyə islahatları, vergilərin ixtisarı və mühacirət siyasətinin dəyişdirilməsi səylərindən yayındırdığını bildirir.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG