Accessibility links

Ağ Evdə Amerika İstehsalı Günü [Video]


Ağ Evdə Amerika İstehsalı Günü
please wait

No media source currently available

0:00 0:02:23 0:00

Ağ Evin həyətində ABŞ-ın 50 ştatında istehsal edilmiş məhsular – Meyndə hazırlanmış yaxtadan tutmuş Havai romuna qədər hər şey var idi.

Hətta prezidentin helikopteri də Konnektikuk ştatının sənayesinin nümunəsi kimi burada dayanırdı.

Prezident Donald Tramp Viskonsin istehsalı yanğınsöndürən maşına da mindi.

“Yanğın haradadır? Göstərin, söndürüm.”

Bir qədər sonra isə Tramp 17 iyul tarixinin ABŞ İstehsalı Günü kimi qeyd edilməsi ilə bağlı bəyannamə imzaladı. O əlavə etdi ki, “ağır iş artıq görülüb”, belə ki, onun administrasiyası bütün məhdudlaşdırıcı maneələri aradan qaldırıb.

“Onilliklər ərzində Vaşinqton ədalətsiz ticarət sazişlərilə digər ölkələrin milyonlarla amerikalının işini əlindən almalarına göz yumub. İndi isə vəziyyətin necə dəyişəcəyini görəcəksiniz. Siz çox xoşbəxt olacaqsınız.”

Demokratlar isə Trampın Amerika İstehsalı Həftəsi təşəbbüsünü “ikiüzlülüyün nümunəsi” adlandırıblar. Onlar bildirirlər ki, prezident bu barədə danışmaqdan öncə, özü bir nümunə olmalıdır.

“Sən əgər bu barədə mühazirə oxumaq istəyirsənsə, ilk növbədə bunu öz evində etməyə başlamalısan. Tramp köynəkləri və qalstukları harada tikilir? Çində. Tramp mebeli harada yığılır? Türkiyədə.”

Prezidentin qızı İvanka Trampın adını daşıyan geyim xətti də ölkədən kənarda istehsal edilir. Bu barədə məsələ Ağ Evdə dəfələrlə müxbirlər tərəfindən qaldırıblar.

“Bəzi məhsullara tələb bizim ölkədə olmaya bilər. Amma, təbii ki, əgər belə bir tələb yaranıbsa, belə bir tələb varsa, ümid edirəm kimsə burada fabrika açacaq.”

Ticarət təhlilçiləri deyirlər ki, bu mümkün deyil, belə ki, biz indi bir-bir ilə əlaqəli qlobal iqtisadiyyatda yaşayırıq.

“Zavodları divarlamaq artıq mümkün deyil. İstehsal prosesi sərhədləri və okeanları keçir. Ona görə də, Amerika dükanlarında olan yükun məhsul ora gətirilənə qədər beş, altı, on ölkədə istehsal prosesindən keçir.”

Ağ Ev administrasiyası bu arqumentləri qəbul etmir və öz proteksionist siyasətini davam etdirir. Onlar onilliklər ərzində hər iki partiyanı təmsil edən administrasiyaların siyasətini ABŞ biznesinin mənafeyinə görə dəyişmək niyyətindədirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG