Ağ Evin qarşısına toplanan etirazçılar simvolik tərzdə “yalanlar” sözünün yazıblar.
Ölkənin geniş hissəsini əhatə edən və sagirdlərin liderlik etdiyi kampaniyanın əsas məqsədi Vaşinqtonun daha sərt silah qanunları qəbul etməsidir.
Etiraz aksiyaları keçən həftə Floridada baş verən faciənin qurbanlarının dəfn mərasimində də davam edib.
Prezident Donald Tramp silah azadlığını açıq şəkildə dəstəkləyənlərdəndir.
Ancaq keçən həftəki atışmadan sonra Ağ Ev rəsmiləri bildiriblər ki, prezident silah alan şəxslər haqda məlumatların yoxlanması üçün federal sistemin təkmilləşdirilməsini dəstəkləyir.
Yeni qanun layihəsi Florida qətliamı şüphəlisinin də qanuni şəkildə əldə etdiyi AR-15 tipli silahların satışını qadağan etməyəcək.
2017-ci ilin rəy sorğularına görə, amerikalıların 70 faizi AR-15 kimi avtomat tipli silahların satışının ləğv edilməsinin tərəfdarıdır.
Ağ Evə qarşı aparılan ictimai qınaq kampaniyasını öz müsbət təsirini göstərə bilər.
Trump bu həftənin sonu tələbələrlə birlikdə dinləmə sessiyası keçirəcək.
Florida qətliamında sağ qalanlar növbəti aylarda Vaşinqtonda və ABŞ-ın digər şəhərlərində etiraz nümayişləri təşkil edəcəklərini bildiriblər.