Accessibility links

Ağ Ev Trampın Putini təbrik etməsini müdafiə edir [Video]


Ağ Ev Trampın Putini təbrik etməsini müdafiə edir
please wait

No media source currently available

0:00 0:02:13 0:00

Ağ Ev ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinə telefon zəngi edərək, onu seçkidə qalib gəlməsi münasibətilə təbrik etməsini müdafiə edib. Çərşənbə axşamı səhər saatlarında edilən telefon zəngi Senat panelinin apardıqları detallı təhqiqatın nəticələrinin Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxilə etdiyini göstərdiyini elan etməsi ilə eyni vaxta təsadüf edib. Tramp çərşənbə axşamı bu məsələyə toxunmayıb, onun əvəzinə Putinlə mühüm qlobal məsələləri müzakirə etməyin vacibliyini qeyd edib.

Bizim aramızda çox yaxşı telefon söhbəti keçdi və mən düşünürəm ki, biz yaxın gələcəkdə görüşüb, artıq nəzarətdən çıxan silahlanma yarışını müzakirə edəcəyik. Biz həmçinin Ukrayna, Suriya, Şimali Koreya və bir sıra digər məsələləri müzakirə edəcəyik
Donald Tramp

Ağ Evdə Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşü zamanı müxbirlər önündə çıxış edən Tramp Putinlə telefon söhbətini “çox yaxşı” qiymətləndirib.

“Bizim aramızda çox yaxşı telefon söhbəti keçdi və mən düşünürəm ki, biz yaxın gələcəkdə görüşüb, artıq nəzarətdən çıxan silahlanma yarışını müzakirə edəcəyik. Biz həmçinin Ukrayna, Suriya, Şimali Koreya və bir sıra digər məsələləri müzakirə edəcəyik,” o deyib.

Bu arada isə Senatın Xüsusi Kəşfiyyat Komitəsi bildirib ki, ABŞ-ın hər ştatdakı seçki sistemi ilə bağlı aparılan hərtəfərli təhqiqat Rusiyanın 2016-cı il prezident seçkilərinin nəticələrinə təsir göstərməyə çalışdığını sübut edib.

“Rusiya 21 ştatda seçicilərin məlumat bazasına daxil olmağa cəhd edib və biz onların azı bir məlumat bazasına daxil olmaqda müvəffəq olduğunu bilirik,” respublikaçı senator Riçard Burr deyib.

Komitə üzvləri deyib ki, onlar hər hansı səslərin dəyişdiyinə dair heç bir dəlil tapmayıb, lakin istintaqda əksər ştatların səsvermə sistemlərinin köhnəldiyi aşkar olunub.

Donald Tramp və Vladimir Putin
Donald Tramp və Vladimir Putin

“40 ştat hələ də on ildən daha köhnə olan seçki avadanlığından istifadə edib və həmin avanlıqların softveyrləri köhnədir. Belə ki, indi istəsəniz belə onu yeniləmək mümkün deyil,” demokrat senator Mark Uorner söyləyib.

Hər iki partiyanın üzvlərindən ibarət panel sistemin təcili yenilənməsinə və bu il keçiriləcək ara seçkilərə müdaxilənin qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinin görülməsinə çağırıb.

Biz mövqeyimizi sərgiləmək üçün Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etmişik və bir sıra başqa addımlar atmışıq.
Sara Hakabi Sanders

“Biz Rusiya və başqa xarici rəqib və düşmən ölkələrin seçkilərimizi hədəf alacaqlarını və demokratiyamıza xələl gətirməyə çalışacağını bilirik,” demokrat senator Martin Heinriç deyib.

Daha sonra çərşənbə axşamı Ağ Ev bildirib ki, Trampın Putinlə mehriban telefon söhbəti administrasiyanın Rusiyanın əməllərinə yumşaq münasibət bəsləyəcəyini göstərmir.

“Biz mövqeyimizi sərgiləmək üçün Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etmişik və bir sıra başqa addımlar atmışıq,” Ağ Evin sözçüsü Sara Hakabi Sanders söyləyib.

Lakin Ağ Ev rəsmisi həmçinin deyib ki, prezident Rusiya ilə mühüm qlobal məsələrlə bağlı dialoq aparmağın vacibliyinə də inanır.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG